525.Az

Ərazi bütövlüyünə qarşı ola biləcək hər hansı təhdidlərə bundan sonra da cavab veriləcək


 

Ərazi bütövlüyünə qarşı ola biləcək hər hansı təhdidlərə bundan sonra da cavab veriləcək<b style="color:red"></b>

20 Yanvar hadisələrinə görə sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır.

525.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva 20 Yanvar hadisələri ilə bağlı bəyanatını səsləndirərkən deyib.

O bildirib ki, beynəlxalq hüquqa əsasən, 20 yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Hazırda müstəqilliyinin bərpasının 31-ci ilini yaşayan Azərbaycan Respublikası dünya birliyinin layiqli, etibarlı üzvüdür. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi dövlətçiliyimizin təməlini təşkil edir. Bu təməl prinsiplərinin hər zaman uca tutulması uğrunda mübarizəmiz daimidir. Dövlətimizin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı ola biləcək hər hansı təhdidlər bundan sonra da tərəfimizdən cavablandırılacaq və Azərbaycan xalqına və dövlətinə qarşı cinayətlərə görə məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməsi üçün bütün lazımi addımlar atılacaq. Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən bütün şəhidlərimizin ruhunu dərin ehtiramla anırıq”, - XİN rəsmisi vurğulayıb.

 





19.01.2022    çap et  çap et