Mingəçevir şəhərində ağır avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin giriş qapısının yaxınlığında qeydə alınıb. Şəhər sakini, 1954-cü il təvəllüdlü Quliyev Arif Əli oğlu idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə gecənin qaranlıq vaxtı dəvəni vurub, sonra isə maşını yolun kənarında dayanmış “VAZ 2107” markalı avtomobilə çırpıb.
Güclü zərbənin təsirindən dəvə avtomobilin sürücüsünün üstünə düşüb. Sürücü Arif Quliyev hadisə yerində ölüb.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
çap et