525.Az

"Axtarışa verdiyimiz Samvel Karapetyana məxsus "Tashir" üzərində "oturub" - Osman Gündüz


 

"Axtarışa verdiyimiz Samvel Karapetyana  məxsus "Tashir" üzərində "oturub" -<b style="color:red"> Osman Gündüz</b>

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Ermənistanın bütün telekommunikasiya və internet  infrastrukturunu ələ keçirdi.

Xatırlayıram ki, 2 il öncə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı həbsdən xilas etmək üçün Rusiyada yaşayan erməni milyarderi  
Samvel Karapetyan 4 milyon dollar girov qoymuşdu.

O zaman bu məsələ, məbləğ ciddi müzakirə predmetinə çevrilmişdi.

Bu həmin Samveldir ki, Azərbaycanın Baş Prokurorluğu Dağlıq Qarabağ bölgəsinə qaçaq yolla, mülki təyyarələrlə  silah sursatların, hərbi texnikanın qanunsuz olaraq daşınmasını həyata keçirdiyinə görə ona cinayət işi açıb və beynəlxalq axtarışa verib. 

Baş Prokurorluğun rəsmi açıqlamasından sonra, xatırlayıram ki, onun sahibi olduğu  "Tashir" qurumu şoka düşərək, bunun əsassız olmasını sübut etmək üçün müxtəlif açıqlamar vermişdilər.

Milyarder Samvel Karapetyannın adı Forbes və Blomberg in zəngin biznesmenlərlə bağlı siyahılarında da xüsusi yer tutur.

Mənbələrə diqqət yetirəndə görmək olar ki ,  Ermənistana və "Artsaxa" ən böyük investisiya yatıranlardan biri olub.

İndi isə məlum olub ki, milyarder Samvel Karapetyanın rəhbəri olduğu "Tashir" Holdinqi Ermənistanın əsas telekommunikasiya operatoru olan GNC Alfa şirkətinin bütün səhmlərini 25 milyon dollara  alıb. 

Ermənistanın bütün telekommuniksiya infrastrukturu, İran və Gürcüstan istiqamətə olan telekommunikasiya və internet  magistralların sahibi GNC Alfa olub.

İndiyədək bu şirkət Rusiyanın Rostelekom operatoruna məxsus idi.

Erməni milyarder Ermənistanın regionlarında telekommunikasiyanı inkişaf etdirmək üçün investisiya proqramının  da qəbul edildiyini açıqlayıb.
Yeri gəlmişkən, GNC Alfa-nın səhmlərini birbaşa alan, Ermənistannın bütün enerji infrastrukturunun  sahibi olan  "Ermənistan elektrik şəbəkəsi" qurumu  da Samvel Karapetyanın rəhbəri və sahibi olduğu "Tashir" Holdinqə məxsusdur.

Beləliklə, belə demək olar ki, indi  Ermənistanın  bütün telekommunikasiya, internet və  enerji infrastrukturu bizim axtarışa verdiyimiz Samvel Karapetyana  məxsus "Tashir" üzərində "oturub".

(Yazı müəllifin Feysbuk hesabından götürülüb)

 





19.01.2022    çap et  çap et