525.Az

"Onlayn orfoqrafik lüğətimiz olmalıdır" Elçin İbrahimov yazır


 

"Onlayn orfoqrafik lüğətimiz olmalıdır" <b style="color:red"> Elçin İbrahimov yazır</b>

"Orfoqrafiya lüğətində “hörümçək” sözünün olmaması, əlbəttə, bir qüsurdur, ancaq bu qüsur heç kimə lazımsız və yersiz şəkildə Dilçilik İnstitutuna hücum etmək ixtiyarı vermir.

Bəyəm elmimizin yeganə problemi “hörümçək”dir?!

Mənə görə, əsas problem Türk Dil Qurumunun (TDQ) saytındakı kimi bizim də onlayn orfoqrafik lüğətimizin olmamasıdır. Əgər elə bir lüğətimiz olsa, indi “hörümçək” sözünü onlayn bazaya əlavə edəcəkdik və bununla da problem bitmiş olacaqdı... Amma biz gündəm olmağı, gündəm olmaq üçün səthi tənqidləri sevirik. Orfoqrafiya lüğəti 5 ildən bir yenilənir. Biz dilimizə yeni daxil olan sözləri lüğətə salmaq üçün 5 il gözləməli deyilik. Bu məqsədlə elektron baza əsasında yaradılacaq onlayn lüğət daha faydalı olar. Zaman itirmədən bunun üzərində düşünmək, bunu tez bir zamanda yaratmaq lazımdır.

Yoxsa orfoqrafiya lüğətində bir sözün olmaması elə də ciddi məsələ deyil, bəlkə də, bu gün ya sabah başqa bir sözü də orda görməyə bilərik. Ancaq problemin həll yolu hay-küy salıb hamını tənqid, bəzən də təhqir atəşinə tutmaq deyil!"

Elçin İbrahimov

 





19.01.2022    çap et  çap et