525.Az

“Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür”


 

“Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür”<b style="color:red"></b>

“Zəngilan, Füzuli, Bərdəyə səfərlərimdə minalardan çirklənmənin miqyasını gördüm”.

525.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb.

Səfir qeyd edib ki, Britaniya minalarla mübarizədə bilik, texnologiya və təcrübəsini Azərbaycanla bölüşür.

O, əlavə edib ki, bu gün məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ANAMA ilə işləyən 4 britaniyalı minatəmizləmə mütəxəssisi ilə görüşüb.

 





19.01.2022    çap et  çap et