525.Az

“Bu il də Şuşada ənənəvi "Xarıbülbül festivalı", "Vaqif poeziya günləri" keçiriləcək"


 

“Bu il də Şuşada ənənəvi "Xarıbülbül festivalı", "Vaqif poeziya günləri" keçiriləcək"<b style="color:red"></b>

"Nazirlik bu il də ənənəvi "Xarıbülbül festivalı", "Vaqif poeziya günləri" mədəni tədbirləri Şuşada keçirməyi planlaşdırır".

525.az xəbər verir ki, bunu açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, artıq sorğular müxtəlif qurumlara göndərilib: "2022-ci il cənab Prezident tərəfdən Şuşa ili elan olunduğu üçün Nazirlər Kabinetinin tapşırığı ilə tədbirlər planı hazırlanır. Artıq müxtəlif qurumlara sorğular göndərilib. Mədəniyyət Nazirliyi də burada əlaqələndirici rol oynadığını üçün biz təklifləri toplayırıq. Ayın axırına kimi təklifləri toplayıb Nazirlər Kabinetinə təqdim edəcəyik”.

Nazirin sözlərinə görə, nazirliyi Şuşada çoxşaxəli fəaliyyət gözləyir.

 





19.01.2022    çap et  çap et