525.Az

Türkiyədə son sutkada koronavirusdan 176 nəfər ölüb


 

Türkiyədə son sutkada koronavirusdan 176 nəfər ölüb<b style="color:red"></b>

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 176 nəfər ölüb.

525.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 412 min 031 nəfərin test edildiyi, 72 min 615 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 84 min 426 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 





19.01.2022    çap et  çap et