525.Az

Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu ötüb


 

Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu ötüb<b style="color:red"></b>

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 330 milyonu, ölənlərin sayı isə 5,55 milyonu keçib.

525.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə dünya üzrə 332 617 707 nəfər koronavirusa yoluxub, 5 551 314 nəfər isə bu xəstəlikdən ölüb.

 

Son sutkada yoluxma sayı 3 156 986, ölüm sayı isə 6 889 olub.

 

Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 66 254 888. Növbəti yerlərdə Hindistan (37 901 241), Braziliya (23 074 791), Böyük Britaniya (15 399 304) və Fransa (14 346 424) qərarlaşıb.

Ən çox ölüm hadisəsi də yenə ABŞ-da olub - 846 647. Digər yerləri Braziliya (621 166), Hindistan (487 202), Rusiya (323 376) və Meksika (301 469) bölüşüb.

 





19.01.2022    çap et  çap et