525.Az

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib


 

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib<b style="color:red"></b>

“Bugünlərdə Bakıda Azərbaycanın tanınmış xeyriyyəçisi, ilk dünyəvi məktəbin banisi Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub.

Gələn il biz YUNESKO-da onun anadan olmasının 200 illik yubileyini qeyd edəcəyik”.

525.az-ın məlumatına görə, bu fikirlər Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyinin tviter hesabında qeyd edilib

Xatırladaq ki, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyləri YUNESKO-nun yubileylər proqramına daxil edilib. Bu barədə qərar YUNESKO-nun ötən ilin 9-24 noyabr tarixlərində Fransanın paytaxtı Parisdə keçirilmiş Baş Konfransında qəbul olunub.

 





20.01.2022    çap et  çap et