525.Az

Ermənistan ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını açıqlayıb


 

Ermənistan ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını açıqlayıb<b style="color:red"></b>

Ermənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşənlərin sayı ilə bağlı yenilənmiş məlumatları təqdim edib. Məlumata görə, işğalçı ölkənin ikinci Qarabağ müharibəsindəki insan itkisinin sayı 3 809 nəfərdir.

Bu barədə 525.az Ermənistan mətbuatına istinadən xəbər verir.

İstintaq Komitəsi həmçinin qeyd edib ki, müharibə vaxtı 200-ə yaxın hərbçi itkin düşüb.

Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 706 nəfərə çatıb.

 





20.01.2022    çap et  çap et