525.Az

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib


 

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə 525.az-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

 





20.01.2022    çap et  çap et