525.Az

Səhiyyə naziri karantin rejimindən danışdı


 

Səhiyyə naziri karantin rejimindən danışdı<b style="color:red"></b>

Dünyanın başqa ölkələrində də omikron ştammı geniş yayılıb və digər ştammlardan fərqli olaraq yoluxuculuğu daha üstündür.

525.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, omikron ştammı ilə bağlı rəqəmlər artmaqdadır:

"Ona görə hər bir şəxs maska rejiminə, sosial məsafəyə və fərdi gigiyena qaydalarına əməl etməlidir. Karantin rejiminin daha da sərtləşdirilməsinə əsas yoxdur, vəziyyət nəzarət altındadır. Mövcud olan çarpayı fondu, reanimasiya çarpayı fondu, tələb olunan tibbi avadanlıq və dərman təchizatı ən yüksək səviyyədədir. Bu baxımdan bir problem yoxdur.

Təbii ki, yoluxmaların gedişatı növbəti addımların atılmasını müəyyən edəcək”, - deyə nazir bildirib.

 





20.01.2022    çap et  çap et