525.Az

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək


 

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar fransalı diplomatlarla birlikdə Azərbaycan və Ermənistana səfər edəcək.

525.az-ın xəbərinə görə T. Klaar bu barədə “Twitter” hesabında paylaşım edib.

Bildirib ki, Brüssel görüşlərinin ardınca fransalı diplomat İsabel Dumont və digər həmkarları ilə Aİ-Fransa birgə səfəri çərçivəsində qarşıdakı günlərdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə substantiv görüşlər keçiriləcək.

 





20.01.2022    çap et  çap et