525.Az

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb


 

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb<b style="color:red"></b>

Naxçıvanda kişi şahmatçılar arasında keçiriləcək Azərbaycan çempionatının ümumi mükafat fondu 22 000 manata çatdırılıb.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bu qərar rəqabəti yüksəltmək məqsədilə qəbul edilib. Fevralın 5-də start götürəcək ilin ilk şahmat yarışı Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə gerçəkləşəcək. Çempionatın Naxçıvanda keçirilməsində əsas məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda Muxtar Respublikada şahmata olan marağı artırmaqdır.

40 şahmatçının iştirakı ilə baş tutacaq Azərbaycan çempionatı 2 mərhələdə keçiriləcək. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələnin nəticəsinə əsasən 1 - 4-cü yerləri tutan şahmatçılar II mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatına fevralın 19-da yekun vurulacaq.

 





20.01.2022    çap et  çap et