525.Az

İstirahət günlərinin “yol terroru”nun acı nəticələri: 8 ölü, 24 yaralı


 

İstirahət günlərinin “yol terroru”nun acı nəticələri: 8 ölü, 24 yaralı<b style="color:red"></b> İstirahət günləri Azərbaycan yollarında baş vermiş qəzalarda 8 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən şənbə və bazar günü ölkə ərazisində yol-nəqliyyat 16 hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə ki, mayın 10-da respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 10 nəfər yaralanıb. Mayın 11-də isə ölkə ərazisində 13 yol qəzası qeydə alınıb. Hadisələr zamanı 7 nəfər ölüb, 14 nəfər yaralanıb.
 





12.05.2014    çap et  çap et