525.Az

Türkiyədə daha 166 koronavirus xəstəsi vəfat edib


 

Türkiyədə daha 166 koronavirus xəstəsi vəfat edib<b style="color:red"></b>

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 166 nəfər ölüb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 414 min 312 nəfərin test edildiyi, 71 min 843 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 85 min 948 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 





20.01.2022    çap et  çap et