525.Az

"Azadlıq" prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


 

"Azadlıq" prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq<b style="color:red"></b>

Bakının "Azadlıq" prospektində hərəkət məhdudlaşdırılacaq.

Trend "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata istinadən xəbər verir ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən "Azadlıq" prospektində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.

 





12.05.2014    çap et  çap et