525.Az

Güləş üzrə Dünya Kuboku Bakıda keçiriləcək


 

Güləş üzrə Dünya Kuboku Bakıda keçiriləcək<b style="color:red"></b>

Bu il Yunan-Roma güləşi üzrə Dünya Kuboku Bakıda keçiriləcək.

525.az-ın məlumatına görə, bu barədə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul olunub. UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yarışın 5-6 noyabrda təşkil ediləcəyi açıqlanıb.

Əvvəlki illərdən fərqli olaraq bu dəfə Dünya Kubokunda 8 yox, 6 komandanın iştirakı nəzərdə tutulub. Ötən il Norveçin paytaxtı Osloda keçirilmiş dünya çempionatında komanda hesabında ilk "5-lik"də yer alan Rusiya, İran, Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, dünya yığması ("All Star") kubok uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku 5 illik fasilədən sonra keçiriləcək. Klassik güləş üzrə Azərbaycan millisi 1 dəfə - 2015-də İranın paytaxtı Tehranda kubokun sahibi olub.

Bakı şəhəri isə iki dəfə (2004, 2012) sərbəst güləş üzrə Dünya Kubokuna ev sahibliyi edib.

 





21.01.2022    çap et  çap et