525.Az

“Bu gün əsgərlər atəşkəs sazişindən daha gəncdir”


 

“Bu gün əsgərlər atəşkəs sazişindən daha gəncdir”<b style="color:red"></b>

“Bu gün atəşkəs haqqında sazişin əldə olunmasının 20-ci ildönümüdür.

 Bu saziş amansız döyüşlərə son qoysa da, əsl sülhə hələ nail olmaq lazımdır”. APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton deyib.    
 
D. Lidinqton bildirib ki, snayper atəşləri hər iki tərəfdən itkilərə səbəb olmaqdadır: “Bir çox halda döyüşən əsgərlər atəşkəs sazişindən gəncdir. Humanitar böhran davam edir və yüzlərlə, minlərlə məcburi köçkün öz problemlərinin adekvat həllini gözləyir”.  
 
Nazir qeyd edib ki, sülh yalnız tərəflərin kompromis qərarları ilə mümkündür: “Böyük Britaniya insanların birləşdirilməsinə və Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ arasında qarşılıqlı anlayışa nail olmaq üçün səylərini davam etdirəcək. Bu prosesdə insanların qarşılıqlı fəaliyyəti və sülhməramlı fəaliyyət mühümdür”.
 
D. Lidinqton Minsk Qrupunu dəstəklədiklərini söyləyib: “Sülh müqaviləsinin əsas şərti işğal olunmuş ərazilərin geri qaytarılması və Dağlıq Qarabağın statusu üzrə öz rəyini azad ifadə etmənin keçirilməsidir. Bunlar amerikalı həmsədr Ceyms Uorlik tərəfindən mayın 7-də dəqiq ortaya qoyulub. Ümid edirəm ki, hər iki lider Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqlarının naminə bu problemin həlli üçün siyasi mərdlik nümayiş etdirəcək”.
 

 





12.05.2014    çap et  çap et