525.Az

Azərbaycanda ötən il büdcə kəsri proqnozdan 67% az olub


 

Azərbaycanda ötən il büdcə kəsri proqnozdan 67% az olub<b style="color:red"></b>

2021-ci ildə Azərbaycanda dövlət büdcəsinin kəsiri 3 116 milyon manat proqnozlaşdırılsa da, faktiki 1 017 milyon manat təşkil etməklə proqnozdan 67,4% az olub.

Bu barədə 525.az-a Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, kəsrin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (346,6 milyon manat), daxili və xarici borclanma (557,7 milyon manat) və dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait (112,7 milyon manat) hesabına həyata keçirilib.

 





21.01.2022    çap et  çap et