Hindistanda yerli sakinlər ölən pələngi dəfn ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda məşhur olan Kollarvali adlı dişi pələng ölüb. 16 yaşlı "Hindistanın super anası" ləqəbli heyvan 29 bala dünyaya gətirərək ölkə rekordu qırıb. Vəhşi canlı olmasına baxmayaraq dostcanlılığı ilə tanınan pələng, "BBC Wildlife"ın çəkdiyi "Spy in the Jungle" sənədli filmində baş rol olduqdan sonra məşhurlaşıb.
Qeyd edək ki, yerlilərin məzara çiçək qoymasından və dualar etməsindən sonra pələngin leşi "Pench Tiger Reserve" evində yandırılıb.
Məhəmməd Tağıyev