525.Az

İndoneziyanın paytaxtı köçürülür


 

İndoneziyanın paytaxtı köçürülür <b style="color:red"></b>

İndoneziya parlamenti bir müddət əvvəl prezident Coko Vidodonun gündəmə gətirdiyi paytaxtın Cakartadan Borneoya köçürülməsinə yaşıl işıq yandırıb.

525.az “Reuters”-ə istinadən xəbər verir ki, Parlamentin sədri Konu Maharani bildirib ki, parlamentdə səsvermə keçirilib və paytaxtın Cakartadan Borneo adasındakı Kalimantana köçürülməsinə qərar verilib. Yeni paytaxta vəsaitlərin necə köçürüləcəyi və onun necə idarə ediləcəyi ilə bağlı planların hələ hazırlıq mərhələsində olduğu qeyd edilib.

Dünyanın ən böyük adalarından biri olan Borneoda qurulacaq paytaxtın adının Nusantara olacağı qeyd edilib. Yerli media İndoneziyanın yeni paytaxtın tikintisi üçün 2022-ci il büdcəsindən 35 milyon dollar ayırdığını, bütün layihənin isə 35 milyard dollara başa gələcəyini yazıb. 

Qeyd edək ki, ölkə prezidenti ekoloji fəlakətin qarşısını almaq üçün köçürülmə planını ilk dəfə 2019-cu ildə elan etsə də, pandemiya səbəbindən plan təxirə salınıb. Paytaxtın yeni şəhərə köçürülməsi 2024-cü ildə reallaşacaq. Cakarta şəhəri dünyanın ən sürətlə çökən şəhərlərindən hesab olunur. Paytaxt orta hesabla hər il 25 santimetr suya batır. Hökumət köçürülmənin 10 milyon əhalisi olan Cakartanın üzərindəki yükü azaldacağını düşünür. 

El Roman 

 





21.01.2022    çap et  çap et