525.Az

Kiyev Milli Universitetində Yusif Vəzir Çəmənzəminli adına auditoriya yaradılacaq


 

Kiyev Milli Universitetində Yusif Vəzir Çəmənzəminli adına auditoriya yaradılacaq<b style="color:red"></b>

Ukraynanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Taras Şevçenko adına Kiyev Milli Universitetində аzərbaycanlı dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminli adına auditoriya yaradılacaq.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kiyev Milli Universitetinin rektoru professor Vladimir Buqrov və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu barədə anlaşma memorandumu imzalayıblar.
Memoranduma əsasən, universitetin hüquq fakültəsinin 243 saylı auditoriyasına Yusif Vəzir Çəmənzəminlinin adı verilib. Auditoriya səfirliyin maliyyə dəstəyi ilə təmir olunub.


Yusif Vəzir Çəmənzəminlinin arxivindən əlyazmaların, diplom və sənədlərin surətləri, şəkillər səfir Elmira Axundovanın təşəbbüsü ilə auditoriyaya təqdim olunub. Auditoriyada, həmçinin müasir müstəqil Azərbaycana, ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə aid guşə də yaradılıb.



Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının xəritələri, Qarabağ xalçası da auditoriyada yer alıb.
Auditoriyanın qarşısında Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovun müəllifi olduğu Yusif Vəzir Çəmənzəminlinin barelyefi qoyulacaq.

 





21.01.2022    çap et  çap et