525.Az

Bu gün respublika fənn olimpiadalarına başlanılı


 

Bu gün respublika fənn olimpiadalarına başlanılı<b style="color:red"></b>

Yanvarın 22-də 2021-2022-ci tədris ili üzrə respublika fənn olimpiadalarının birinci rayon (şəhər) mərhələsi keçirilir.

Bu barədə 525.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari tədris ilində fənn olimpiadalarında iştirak etmək üçün ümumilikdə 32 mindən çox şagird qeydiyyatdan keçib.

Olimpiadalar riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçirilir.

Fənn olimpiadalarının təşkilində məqsəd istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.

 





22.01.2022    çap et  çap et