525.Az

Vaqif Sadıqov Belçika Parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb - Foto


 

Vaqif Sadıqov Belçika Parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb - <b style="color:red">Foto</b>

Azərbaycan Respublikasının Belçikadakı səfiri Vaqif Sadıqov Belçika Parlamentinin Nümayəndələr Palatasının sədri xanım Elian Tilyö (Eliane Tillieux) ilə görüş keçirib.

525.az xəbər verir ki, görüşdə Belçika Azərbaycan arasında münasibətlərə dair bir çox məsələlər ətrafında müzakirələr aparılıb, Azərbaycan Milli Məclisin sədri xanım Sahibə Qafarovanın dəvət məktubu səfir Vaqif Sadıqov tərəfindən xanım Tilyöyə təqdim olunub, İrəvan qrupuna aid Azərbaycan xalçaları haqqında kitab həmsöhbətə hədiyyə edilib.

 





22.01.2022    çap et  çap et