525.Az

Bakı şəhər Prokurorluğu cinayət işləri üzrə ödənilmiş maddi ziyanın həcmini açıqlayıb


 

Bakı şəhər Prokurorluğu cinayət işləri üzrə ödənilmiş maddi ziyanın həcmini açıqlayıb<b style="color:red"></b>

Hesabat dövründə prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 4.275.458 manat maddi ziyandan 756.684 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 33.510.697 manat məbləğində maddi ziyanın 21.069.713 manatı ödənilib.

525.az-ın məlumatına görə, bu barədə 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsində deyilib.

 





22.01.2022    çap et  çap et