525.Az

Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir - Video


 

Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir - <b style="color:red">Video</b>

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib.

Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.

Təlim toplanışı yanvarın 29-dək davam edəcək.

 





23.01.2022    çap et  çap et