525.Az

İran üzvlük haqqı borcunu ödəyərək BMT-də səs hüququnu qaytarıb


 

İran üzvlük haqqı borcunu ödəyərək BMT-də səs hüququnu qaytarıb<b style="color:red"></b>

İran Cənubi Koreya banklarında dondurulmuş aktivləri hesabına BMT-yə olan üzvlük haqqı borcunu ödəyərək təşkilatda səs hüququnu özünə qaytarıb.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ISNA agentliyi İranın BMT yanında daimi nümayəndəsinə istinadla məlumat yayıb. BMT-də səs hüququ İrana bazar ertəsi günü qaytarılmalıdır.

Həmçinin Bloomberg agentliyinin məlumatına görə, Koreya Respublikası ABŞ-ın müraciəti əsasında bloklanmış aktivlərdən İranın 18 milyon dollar borcunu ödəyib. Ödəniş cümə günü Amerika tərəfinin vasitəçiliyi ilə həyata keçirilib.

Xatırladaq ki, yanvarın 12-də Venesuela, İran, Sudan və bir sıra digər ölkələrin nümayəndə heyətləri üzvlükhaqqı borcları səbəbindən BMT Baş Assambleyasında səs hüququndan məhrum edilmişdilər.

 





23.01.2022    çap et  çap et