525.Az

“Mənə şeir yaz” kitabının təqdimatı keçirilib - Foto


 

“Mənə şeir yaz” kitabının təqdimatı keçirilib -<b style="color:red"> Foto</b>

Gənc jurnalist və şair Orxan Aslanın "Mənə şeir yaz" adlı ilk şeir kitabının təqdimatı keçirilib. 

525.az xəbər verir ki, təqdimatda ictimaiyyət nümayəndələri və jurnslistlər iştirak edib. Kitabda müəllif 5 il ərzində qələmə aldığı şeirlərdən 56 nümunəni oxuculara təqdim edib. Şeirlər Vətən, sevgi və digər mövzularda qələmə alınıb. 

Tədbirdə çıxış edən müəllif qonaqları salamalayıb və şeirlər kitabı haqqında məlumat verib. Daha sonra tədbirə gələn ictimaiyyət nümayəndələri çıxış edərək “Mənə şeir yaz” kitabından və müəllifin yaradıcılığı barədə söz açıblar. 

Daha sonra təqdimat müəllifin oxucuları üçün kitabını imzalaması ilə davam edib. 

Qeyd edək ki, ilk şeir kitabını təqdim edən Orxan Aslanlı, hazırda bir roman üzərində işlədiyini də bildirib. O qeyd edib ki, romanın mövzusu Kəlbəcərdə ermənilər tərəfindən törədilən qətliamla əlaqədardır. 

Afaq Rza

 





23.01.2022    çap et  çap et