525.Az

Türkiyə və ABŞ arasında “F-35”lə bağlı danışıqlar yanvarın sonu - fevralın əvvəlində başlayacaq


 

Türkiyə və ABŞ arasında “F-35”lə bağlı danışıqlar yanvarın sonu - fevralın əvvəlində başlayacaq<b style="color:red"></b>

“Ankara və Vaşinqton arasında “F-35” qırıcılarının tədarükü ilə bağlı danışıqlara yanvarın sonu - fevralın əvvəlində başlanılacaq”.

525.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hülusi Akar deyib.

Qeyd edək ki, ABŞ daha əvvəl Ankaranın Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə “F-35” qırıcılarının tədarükü proqramından çıxarıldığı barədə rəsmi bildiriş göndərmişdi.

 





23.01.2022    çap et  çap et