525.Az

Ukraynanın aqrar siyasət naziri Azərbaycana səfər edəcək


 

Ukraynanın aqrar siyasət naziri Azərbaycana səfər edəcək<b style="color:red"></b>

Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

525.az Report-a istinadən xəbər verir ki, səfər yanvarın 30-da gözlənilir.

İki günlük nəzərdə tutulan rəsmi səfərdə bir sıra görüşlərin və müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenko aqrar sahədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

 





24.01.2022    çap et  çap et