525.Az

Sabirabadda orta məktəbin əsaslı təmirdən sonra açılışı olub


 

Sabirabadda orta məktəbin əsaslı təmirdən sonra açılışı olub<b style="color:red"></b>

Sabirabad rayonu Mirhüseyn Məmmədov adına Nizami kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılışı olub.

525.az Report-a istinadən xəbər verir ki, açılışda Təhsil naziri Emin Əmrullayev iştirak edib.

Bildirilib ki, 620 şagird yerlik olan ikimərtəbəli məktəb binası qəzalı vəziyyətdə olduğu üçün təmirə bağlanmışdı. Məktəbdə 500-ə yaxın şagirdin təlim-tərbiyyəsi ilə 41 müəllim məşğul olur.

Həmçinin açılışda qeyd olunub ki, məktəb 26 sinif otağından ibarətdir. Burada kimya, biologiya və fizika üzrə laboratoriya otaqları, fənn kabinetləri, idman zalı və kompüter otağı şagird və pedaqoji kollektivin ixtiyarına verilib.

Nazir E.Əmrullayev əsaslı təmirdən sonra açılışı olan Nizami kənd tam ortə məktəbdə yaradılan şəraitlə tanış olub.

 





24.01.2022    çap et  çap et