525.Az

“Büdcənin 15,9 faizi DGK tərəfindən daxilolmalar hesabına formalaşacaq”


 

“Büdcənin 15,9 faizi DGK tərəfindən daxilolmalar hesabına formalaşacaq” <b style="color:red"></b>

Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər”
mövzusunda təlimi davam edir. 

525.az xəbər verir ki,  tədbirdə  Dövlət Gömrük Komitəsinin (DGK) 
Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi Faiq Orucov “Gömrük orqanlarının fiskal sahədəki fəaliyyətinin ölkənin sosial-iqtisadi inkişafına faydaları” barədə məlumat verib.  Məlumatda 2021-ci il ərzində fəaliyyətlə bağlı yekun nəticələr,  idxal mallarına tətbiq edilən güzəştlər və 2022-ci ildə Gömrük ödənişlərindən azadolmalara dair qanunvericiliyə edilmiş son dəyişikliklər barədə məlumat verib. 

Qurumun rəsmisi vurğulayıb ki, 2022-ci ildə dövlət büdcəsi gəlirlərinin 15,9 faizinin Dövlət Gömrük Komitəsi tərəfindən daxilolmalar hesabına formalaşması nəzərdə tutulub:  

"Dövlət Neft Fondu tərəfindən ayrılan tranfertlər dövlət büdcəsi gəlirlərinin 47,4 faizini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxilolmalar 32,9 faizini formalaşdırması nəzərdə tutulub".

Afaq Rza

 





24.01.2022    çap et  çap et