525.Az

Ötən il 52 prokurorluq işçisi cəzalandırılıb


 

Ötən il 52 prokurorluq işçisi cəzalandırılıb<b style="color:red"></b>

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

525.az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında deyib.

O bildirib ki, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.

 





24.01.2022    çap et  çap et