525.Az

Keçmiş Səfir “İMZA”çı oldu - Hulusi Kılıç ilə müsahibə


 

Keçmiş Səfir “İMZA”çı oldu - <b style="color:red"> Hulusi Kılıç ilə müsahibə</b>

Türkiyənin ölkəmizdəki Sabiq səfiri, “Bir millətin səfiri” olaraq tanıdığımız Azərbaycan sevdalısı Hulusi Kılıç Turkmedia.az-ın suallarını cavablandırıb.

525.az İmzainfo-ya istinadən müsahibəni təqdim edir:

– Cənab səfir, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin ( İB)Türkiyə nümayəndəsi və sədrin iqtisadi məsələlər üzrə müşaviri vəzifələrinə seçildiniz. Bu münasibətə sizi təbrik edir, uğurlar arzulayıram. Yeni vəzifə izlə bağlı nə demək istərdiniz?

– Sözlərimə başlamadan öncə informasiya sahəsində türk dünyasına önəmli xidmətlər göstərəcəyinə inandığım Turkmedia.az saytına uğurlar arzu edirəm.

Sualınıza gəlincə, mənə göstərilən yüksək etimad üçün təşəkkür edirəm. Belə önəmli vəzifələrin verilməsi məni sevindirdi və qürurlandırdı. Bu önəmli vəzifələrin öhdəsindən gəlmək üçün əlimdən gələn hər şeyi etməyə çalışacağam.

Bilirsiniz, 13 sentyabr 2012-ci il tarixində cənab prezidentlə sağollaşarkən mənə təqdim edilən “Dostluq” ordeni törenində cənab prezidentə Vətənə xidmətə gəldiyimi və həyatımın qalan hissəsini Azərbaycanın bir nümayəndəsi və bir vətəndaşı kimi keçirəcəyimi demişdim. Cənab İlham Əliyev də Azərbaycanın öz vətənim olduğunu, buranı nə qədər sevdiyimi bildiyini və cəmiyyətdə önəmli yer tutduğumu bildirmişdi. Cənab prezidentə söylədiyim kimi Azərbaycanın bir nümayəndəsi olaraq çalışdığımı sizlər və dostlarım yaxşı bilir.

 

Bu vəzifə indiyə qədər könüllü gördüyüm Azərbaycanın nümayəndəsi vəzifəsini rəsmiləşdirir və məsuliyyətimi daha da artırır. Düzü, İMZA mənə böyük məsuliyyət verir. “İMZA”-nın amallları üçün çalışmaq zövq duyulan məsuliyyətdir.

Dəyərli sədr Xəyyam Əsgərovla işləməkdən də məmnunluq duyuram. Özü Can Azerbaycan xalqının və Türk Milletinin aşiqidir.

– Gələcəkdə hayata keçirmək istədiyiniz bir layihə varmı? Varsa, nədən ibarətdir?

– Bəli, var. 2022 Qarabağ Beynəlxalq 2. İqtisadi Forumunun Ankarada təşkil edəcəyik. Bu foruma böyük önəm veririk. Bu forum Türkiyə-Azərbaycan qardaşlığına yeni bir güc və səviyyə qatacaq. Dünya iki əkiz ölkənin əməkdaşlığının səviyyəsini bir daha görəcək.

Ayrıca qeyd etməliyəm ki, İMZA İB komandası çox güclüdür və gələcəkdə önəmli layihələrə imza atacaq. Bizim fəaliyyətimizi izləməyə davam edin, uğurlarımızı görəcəksiniz.

Günel Yaz

 





24.01.2022    çap et  çap et