525.Az

Qar kütləsi İstanbul Hava Limanının yük terminalının damını çökdürüb


 

Qar kütləsi İstanbul Hava Limanının yük terminalının damını çökdürüb<b style="color:red"></b>

İstanbul Hava Limanında “Türk Hava Yolları”na məxsus “Turkish Cargo”nun istifadəsində olan anbarın damı qar yığınları və çovğun səbəbindən uçub.

525.az xəbər verir ki, bu barədə məlumatı THY-nin mətbuat katibi Yəhya Üstün sosial media hesabından yayıb.

O, qeyd edib ki, insident nəticəsində xəsarət alan olmayıb.

 





24.01.2022    çap et  çap et