525.Az

Jurnalistlər Astara Gömrük Postunda olublar - Foto


 

Jurnalistlər Astara Gömrük Postunda olublar -<b style="color:red"> Foto</b>

Lənkəran şəhərində Dövlət Gömrük Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda keçirilən təlimlər davam edir. Təlimdə 40-a yaxın media qurumunun nümayəndəsi iştirak edir.

525.az xəbər verir ki, təlimlərin ikinci günündə media nümayəndələri ilə birgə layihə planına uyğun olaraq Astara Gömrük Postuna səfər təşkil olunub. KİV nümayəndələri sərhəddə görülən işlərlə və yoxlama prosesi ilə tanış olublar. Bundan başqa jurnalistlərə bəzi statistik məlumatlar verilib.

Daha sonra gömrük postunda yük maşınlarının yoxlanışdan keçmə prosesini yaxından izləyən KİV nümayəndələrinə bəzi statistik məlumatlar da verilib. 

Afaq Rza
Fotoların müəllifi: Fariz Faiqoğlu

 

 





24.01.2022    çap et  çap et