525.Az

Ranyeri istefaya göndərildi


 

Ranyeri istefaya göndərildi<b style="color:red"></b>

"Uotford" baş məşqçisi Klaudio Ranyerini istefaya göndərib.

525.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

70 yaşlı mütəxəssis 2021-ci il oktyabrın 4-də baş məşqçi vəzifəsinə təyin olunandan “Uotford”da cəmi 112 gün keçirib. Komanda onun rəhbərliyi altında ölkə çempionatında keçirdiyi 13 matçdan 10-da məğlub olub, yalnız 2-də qələbə qazanıb. Bu nəticələrə görə, klub Premyer Liqa turnir cədvəlində sonuncu yerə qayıdıb.

Xatırladaq ki, 2016-cı ildə Klaudio Ranyeri sensasiyalı şəkildə “Lester”lə Premyer Liqanın qalibi olmuşdu. Elə həmin il o, FİFA-ya görə ilin ən yaxşı məşqçisi seçilib.

 





24.01.2022    çap et  çap et