525.Az

2021-ci ildə 17 mindən çox hüquqpozma faktı aşkar edilib


 

2021-ci ildə 17 mindən çox hüquqpozma faktı aşkar edilib<b style="color:red"></b>

Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təliminin ikinci günü davam edir. 

525.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlının “Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər” mövzusunda təqdimatla çıxış edib. 

Onun sözlərinə görə, 2021-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 17 144 hüquqpozma faktı aşkar edilib: 

“Biz son beş ilə nəzər salsaq, pandemiya şəraitinə baxmayaraq hüquqpozmaların sayında artım müşahidə edərik. Bundan əlavə, 2021-ci ildə bu hüquqpozmaların içərisində cinayətlərin azalmasının şahidi oluruq. Əgər əvvəlki illərdə bu rəqəm 8%-i təşkil edirdisə, 2021-ci ildə cəmi 2,4 faiz təşkil edib”.


Afaq Rza
Foto: Fariz Faiqoğlu

 





25.01.2022    çap et  çap et