525.Az

"Dövlət mülkiyyətinə vurulan 295 min manatdan çox ziyan geri ödətdirilib"


 

"Dövlət mülkiyyətinə vurulan 295 min manatdan çox ziyan geri ödətdirilib"<b style="color:red"></b>

Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təliminin ikinci günü davam edir. 

525.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlının “Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər” mövzusunda təqdimatla çıxış edib. 

Onun sözlərinə görə, ötən il ərzində aşkar edilmiş 418 cinayət faktının 101-i qaçaqmalçılıq, 26-sı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 21-i aksiz markasız idxal, 191-i 252,2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u digər əməllərlə əlaqədar olub: 

“Bu əməllərin törədilməsində şübhəli bilinən 333 Azərbaycan vətəndaşı, 94 əcnəbi olmaqla  ümumilikdə 427 nəfərin barəsində müvafiq tədbirlər görülüb.  Son illər ərzində gömrük sahəsində şəffaflığın təmini, korrupsiyaya qarşı mübarizənin aparılması və yol verilən qanun pozuntularının qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə gömrük əməkdaşları tərəfindən 20-yə yaxın fakt aşkar edilib”. 

Güloğlan Muradlı qeyd edib ki, 2021-ci il ərzində axtarışda olan 11 nəfər şəxs tapılaraq istintaq orqanına gətirilib: 

“İcraatına xitam verilmiş 6 cinayət işi üzrə dövlət mülkiyyətinə vurulmuş 295 900 manat ziyan isə tam şəkildə ödətdirilib”.

Afaq Rza
Foto: Fariz Faiqoğlu

 





25.01.2022    çap et  çap et