525.Az

Bakıdakı Rus Evində Gənclər Gününə həsr edilmiş konsert olacaq


 

 Bakıdakı Rus Evində Gənclər Gününə həsr edilmiş konsert olacaq<b style="color:red"></b>

Bakıdakı Rus Evi (RİMM) gənc nəslin qurucu və yaradıcı fəaliyyətinin inkişafına şərait yaradan layihələrə xüsusi diqqət yetirir. Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gəncliyə dəstək” layihəsi çərçivəsində Bakıdakı Rus evində Gənclər Gününə həsr edilmiş konsert olacaq.

RİMM-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bu layihə çərçivəsində ilk tədbir 2022-ci il fevralın 1-də saat 19:00-da Rus Evində təşkil olunacaq.

Beynəlxalq və respublikalar müsabiqələrinin laureatları olan gənc istedadlarının konsertinə arzu edənlərin hamısı dəvət olunur.

Qeyd edək ki, musiqi nömrələri Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyevanın müşayiəti ilə səsləndiriləcək.

 





25.01.2022    çap et  çap et