525.Az

Ötən il Azərbaycana 84 mindən çox nəqliyyat vasitəsi idxal olunub


 

Ötən il Azərbaycana 84 mindən çox nəqliyyat vasitəsi idxal olunub<b style="color:red"></b>

Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təliminin ikinci günü davam edir. 

525.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi, Gömrük Tariflərinin Tənzimlənməsi və  Ödənişlər Baş İdarəsinin rəis müavini Əsgər Məmmədov “Avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklərə dair” mövzusunda təqdimatla çıxış edib. 

Çıxışı zamanı o, ötən ildə ölkəyə gətirilən nəqliyyat vasitələri haqqında statistik məlumatları diqqətə çatdırıb:

"2021-ci ildə ümumilikdə Azərbaycana 84 596 nəqliyyat vasitəsi idxal olunub. Bu nəqliyyat vasitələrindən yanacaq növünə görə 50 114-ü benzin, 21 392-i dizel, 158-i elektrik, 12 932-i hibrid, 12 925-i benzin-hibrid, 7 ədədi isə dizel-hibrid avtomobilləri olub”. 

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Azərbaycan 49 431 ədəd nəqliyyat vasitəsi idxal olunub”. 

Afaq Rza
Foto: Fariz Faiqoğlu

 





25.01.2022    çap et  çap et