525.Az

Xatirələr ürəyimdə yaşayır - İlqar İmamverdiyev yazır


 

Xatirələr ürəyimdə yaşayır -<b style="color:red"> İlqar İmamverdiyev yazır</b>

2000-ci il 21  yanvar qara xəbər üstə tarix bir qara xəbərlə gəldi. 20 yanvar – Qara yanvar günündən bir gün sonra da xalqımız arasında adı məşhur olan, ictimaiyyətimizin  çox yaxşı tanıdığı, müəllim kollektivi, vətvnpərvər bəstəkarımız, "Şərəf", "Şöhrət" ordenli, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatına layiq görülmüş professor Süleyman Əyyub oğlu Ələsgərovun 75 yaşında haqq dünyasına qovuşması xəbəri ilə sarsıldı. Hələ Qara yanvarın şokunu öz üzərindən adlatmamış indi də bu qara xəbərlə hər birimiz sarsıldıq, məyus olduq, qəmləndik, kədərləndik, ürəkdən axan qanlı yaşlara boğulduq. Nə edəsən? Həyat belə amansız hadisələrlə “zəngindir”.  Bu zənginlikmi? Xeyr. Bu matəmdir, yasdır, hüzündür, ağlamaq sızlamaqdır. Nə edəsən? Əlimizdən heç nə gəlmir. Ulu Tanrının təqdiri belədir!!! Zamanı gəldi köç "get" deyir.

Süleyman  Ələsgərov adı ilə yaxından tanışlığım 20 yaşlarına təsadüf edir. Konservatoriyanın Xalq Çalğı Alətləri Fakültəsinə daxil olduğum 1976-cı ilin ilk günlərindən ciddiyyəti ilə bir ata qayğısı ilə, ağsaqqal, böyük şəxsiyyət olaraq könlümüzdə yer aldı. Pedaqoji fəaliyyəti ilə bizlərə örnək müəllim oldu ki, bu da bizim həyatımızda mayaq oldu, yol göstərdi həyat yolumuza, ömrümüzü aydınlatdı, nurlandırdı,  doğru yolu göstərdi, vətənə xidmətin şərəfini , şanını öyrətdi, hərəkətləri, rəftarı, öyüdləri və doğru, dürüstlüyü ilə hər bir kəsə örnək oldu. Ciddi olduğu qədər də səmimi, qayğıkeş idi Süleyman Ələsgərov. Xalq çalğı alətləri fakültəsinin rəhbərliyi dönəmində Səid Rüstəmov, Hacı Xanməmmədov, Dadaş Dadaşov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Oqtay Quliyev kimi adlı sanlı bəstəkarlarla yanaşı qiymətli musiqiçiləri, musiqişünasları öz əhatəsində cəm edib ciddi fəaliyyətləri ilə Konservatoriyanın hər tədbirində diqqətçəkici işləri, uğurlu xidmətlərini musiqi cameəsinda, hətta respublika timsalında göstərirdi. Adı gələn yerdə daha ikinci bir söhbət ola bilməzdi. Öhdəsinə götürdüyü işləri ən yüksək səviyyədə yerinə yetirirdi. 1985-ci ildə Zaqafqaziya və Orta Asya Xalqları arasında Bakıda Üzeyir Hacıbəli adına  Şərq Alətləri üzrə I beynəlxalq müsabiqəsinin təşkilatçısı Süleyman  Ələsgərov idi. Bu yüksək səviyyəli tədbirin başçısı idi Süleyman bəy. Üzeyir Hacıbəylinin tar və f-no müşayiətli I və II fantaziyalarının notlarını çoxaldıb Türkmənistan, Özbəkistan, Qazaxıstan, Gürcüstan və ismini çəkmək istəmədiyim bədnam qonşumuzun konservatoriyasına da göndərdi. Bu müsabiqənin təşkilatçı rəhbəri kimi necə dəqiq planla işlədiyini, hər bir detaya diqqət etdiyi indi də xatirimdədir.  Sentyabrın 20-25-i arası keçirilən bu müsabiqədə Üzeyir Bəyin I fantaziyasını və Süleyman  Ələsgərovun ilk dəfə saz və F-no üçün bəsdələdiyi “Aşıqvari” əsərini çalmaqla laureat adına layiq görüldüm. Süleyman müəllimin bu möhtəşəm əsəri I-cilik laureat dipolumunu əldə etməyimlə bərabər sonrakı illərdə mənə çox böyük uğurlar gətirdi bu rəsmi bəlgə. Elmi iş yazmağıma dəyər verən Süleyman  müəllim elmi rəhbər tapmaqda da mənim həyatımda daha bir xidmətlə unudulmaz oldu qəlbimdə. Elmi rəhbərimin kim olacağını düşünən Süleyman bəy axır ki, Osman Sarıvəllinin musiqişünas oğlu, musiqi estetikası üzrə fəlsəfə elmləri doktoru Babək Qurbanovu məsləhət bilmişdi. Çox sonralar Babək müəllimlə bərabər çalışdığım Gaziantep Konservatoriyasının Türk Musiqisi Dövlət Konservatoriyasındakı fəaliyyətimiz dönəmdə öyrəndim ki, Bülbül adına uşaq musiqi məktəbində Süleyman müəllimin ömür-gün yoldaşı Ağgül xanım şagirdlik dönəmində ona dərs demişdir. Hər dəfə bu barədə söhbət düşəndə xoş xatirələrini dilə gətirirdi Babək müəllim.

Ürəyi böyük, qəlbi dərya, amalı çox geniş idi bu dünyalar qədər Süleyman Əyyuboğlunun. Orta Asiya respublikalarının konservatoriyalarına  Dövlət İmtahan Komissiyasının Sədri kimi neçə dəfələrlə Kurmanqazi adına Qazaxıstan Dövlət Konservatoriyasına, Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasına ezam olunmuşdur. Hər getdiyi zaman isə öz əsərlərini, yeni bəstələrinin not yazılarını hədiyyə vermək üçün özü ilə götürərdi. Bu səbəblə də Orta Asyanın professional musiqiçiləri Süleyman bəyin əsərlərini ifa etdiklərinin şahidi olduğmu da "525-ci qəzet"in oxucularına çatdırmaq istərdim.

Süleyman müəllimin adı gələn yerdə hər kəs bu ada hörmətlə yanaşardılar, ülvi münasibətlərini göstərərdilər. Bu baxımdan da Özbəkistan Konservatoriyasından da 1981-ci ildə professor Əhməd Adilov, Süleyman Taxalov kimi tanınmış musiqiçilər də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı alətləri bölümünün dövlət imtahan komissiyasına sədr olaraq dəvət alardılar. Süleyman bəy bu xidmətləri ilə Azərbaycan və Orta Asiya musiqi mədəniyyətində mənəvi bir körpü olaraq yüksək dəyərdə əlaqələr yaradırdı. Bütün bunlar Süleyman Bəyin şəxsində Azərbaycan musiqisinə hörmət ve ehtiramın təcəllisi idi. “Sözsüz mahnı”ları, Tar üçün yazdığı konsertlər, hətta vokal əsərlər Orta Asya sənətkarlarının repertuarında yer almaqla zamanı gəldiyi məqamda isə ifaları ilə səsləndirilirdi.

İctimai xadim kimi bir fəaliyyət yönü də var idi Süleyman müəllimin. Vətənpərvərliyi qeyrətindən, qeyrəti vətənpərvərliyindən irəli gəlirdi. Hər iki  dəyər Süleyman Bəy Ələsgərov adında Şuşamızın, Qarabağımızın, Azərbaycan adlı Vətənimizin qürurverici insanı Süleyman Ələsgərovda qovuşmuşdu. Bütün bu dəyərli cəhətlər təbii ki onun  əmək fəaliyyətində özünü kifayət qədər, ali dərəcədə göstərərdi. Şuşada yazdığı neçə neçə əsərlərə günü tarixi, saatı ilə imza da atardı.  Qarabağ vurğunu, Şuşa Məcnunu, Azərbaycan aşiqi idi Süleyman bəy. Ürəyinə qəlbinə sığmırdı bu adlar. “Mən Süleyman səninəm, Səndə mənimsən Qarabağ” deməklə Süleyman Rüstəmin misralarında bütünləşmişdi, bütövləşmişdi, bağrıbadaş olmuşdu simvolik abidəyə dönmüşdü Süleyman Ələsgərov.

Gəncədə atam Cəmil Əkbərin ocağında müsafir olduğu zaman bir zaman Dədə Şəmşirin də bu xanəgahda olması, Səməd Vurğun yadigarı olan bu Dədə ozanımızla tanışlığına şahidlik etmişdi səs yazılarını dinlədikdən və şəkillərini gördükdən sonra. Hətta bir neçə sevdiyi şeirlərə əsər də yazacağına söz vermişdi. Fəqət ömür vəfa qılmadı. Hər iki ustadıma Rəhmət olsun.

Xəyallar aləmində çox xatirələrim dirçəldi, məni hərəkətə keçirdi ki, zaman keçir nədən bir xatirə yazısı yazmırsan Süleyman Bəy üçün. Vicdanım dedi ki indi yazaçam, xalqımızın bilmədiyi bəzi məqamlara məşəl tutacağam.

1981-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət  Konservatoriyasını fərqlənmə diplomu ilə bitirdiyim zaman Qurumumuzun rəhbəri Professor Elmira Xanım Abbasovanın məsləhəti və Süleyman Ələsgərovun rızası ilə pedaqoji fəaliyyətə başladım. 1989-cu ildə Süleyman müəllimin gözü önündə Baş müəllim, 1994-cü ildə elmi işimi müdafiə etdim. 1997-ci ildə “Ansabıl Üçün Pyeslər Məcmuəsi” adlı ilk kitabıma xeyir dua verən Süleyman Ələsgərov olmuşdur. Bu kitabımın 3-cü səhifəsində yazdığı xeyir-dua xarakterli giriş məqaləsini imzası ilə təsdiqləməyi də məsləhət bildi. Bu kitabımın yayınlanması ilə də Dosent elmi vəzifəni də almış oldum.  Hər zaman diqqəti, nəzəri mənim üzərimdə olan Süleyman Ələsgərov sənədlərdə rəsmi olaraq yaradılmış Konservatoriyanın Şuşa filialına müdürlik vəzifəsində çalışmaq məqamı təklif olunanda da məni öz yanında görmək istədi. Bu minvalla xalq çalğı alətləri kafedrasından ayrılıb Konservatoriyanın Şuşa filialında çalışmağa başladım Süleyman Bəyin tövsiyəsi ilə.

 Süleyman müəllim gələcəyə inamla baxan şəxsiyyət kimi bu gün də gözlərimin qarşısında heykəl siması ilə əzəmətlə şanlı-şərəflə dayanmaqdadır. Bir zaman doğulduğu ana yurduna Şuşaya gedəcəyi inamı ilə yaşayırdı. Şuşa yadelli işğalçılardan azad olunacaq və əmək fəaliyyətimizi Şuşada bərabər yürüdəcək, Şuşanın musiqi həyatında fəaliyyətimizlə xidmətimizi xalqımıza göstərəcəyik. Fəqət sən saydığını say. Fələk gör nə sayır. Bütün bunlar Süleyman Bəyin xəyalına, röyasına dönüşdü. Özü haqq dünyasına qovuşduqdan sonra. Beləcə Konservatoriyanın Şuşa filalı Süleyman Bəyin haqq dünyasına qovuşması ilə “Konservatoriyanın Şuşa Filialı” adlı qurum da rektorumuz Fərhad Bədəlbəylinin imzası ilə qapanmış oldu. 

Şükürlər olsun ki, 20 il aradan sonra da başda Qarabağımız o cümlədən Şuşam başda olmaqla ətraf rayonlarımız  qanlı-qadalı 44 günlük amansız vuruşmalardan sonra zəfər qələbəmizin təminatçıları, böyük komutanlarımızın, qazilərimizin minlərlə şəhid övladlarımızın canı, qanı bahasına zəfər qələbəmiz  əldə edilmiş oldu.  İndi isə bir məsələ qarşımızda dayanır. Adı “Azərbaycan Dövlət Konservatoriyasının Şuşa Filialı”nın yenidən açılması Xalq Çalğı Alətləri kafedrasına Süleyman Eyyub Oğlu Ələsgərovun adının verilməsi. İnanıramkı Dövlətimizin başcısı cənab İlham  Əliyevin bir qərarı ilə bu  arzum gerçəkləşəcək və Süleyman  Ələsgərovun ruhu şad olacaq bu ülvi müqəddəs xidmətlə. Çünki Şuşam olmadan Şuşa filialının müdiri idi sağlığında Sülüyman Ələsgərov.

Bir məqama da işıq gətirmək istərdim yayın aşamasında olan yeni bir kitabımı unudulmaz ağsaqqalım Süleyman  Ələsgərovun adına ərmağan etmişəm. İnşaallah Martın 22 –də anadan olduğu gün kitabımın adını açıqlayacağam.

Məyəbbətin ürəyimdə, əməllərin xəyalımda yaşayır böyük ustadım Süleyman Bəy.

Tarix 2000-ci il 21  yanvar qara xəbər üstə bir qara xəbərlə gəldi. 20 yanvar – Qara yanvar günündən bir gün sonra da xalqımız arasında adı məşhur olan, ictimaiyyətimizin  çox yaxşı tanıdığı, müəllim kollektivi, vətvnpərvər bəstəkarımız, şərəf, şöhrət ordenli, Azərbaycanın Xalq Artisti, Azərbaycan Döblət Mükafatına layiq görülmüş Professor Süleyman Əyyub oğlu Ələsgərovun 75 yaşında haqq dünyasına qovuşması xəbəri ilə sarsıldı. Hələ Qara yanvarın şokunu öz üzərindən adlatmamış indi də bu qara xəbərlə hər birimiz sarsıldıq, məyus olduq, qəmləndik, kədərləndik, ürəkdən axan qanlı yaşlara boğulduq. Nə edəsən? Həyat belə amansız hadisələrlə “zəngindir”.  Bu zənginlikmi? Xeyir. Bu matəmdir, yasdır, hüzündür, ağlamaq sızlamaqdır. Nə edəsən? Əlimizdən heç nə gəlmir. Ulu Tanrının təqdiri belədir!!! Zamanı gəldi köç get deyir.

Süleyman  Ələsgərov adı ilə yaxından tanışlığım 20 yaşlarına təsadüf edir. Konservatoriyanın Xalq Çalğı Alətləri Fakultəsinə daxil olduğum 1976-cı ilin ilk günlərindən ciddiyyəti ilə bir ata qayğısı ilə, ağsaqqal, böyük şəxsiyyət olaraq könlümüzdə yer aldı. Pedaqoji fəaliyyəti ilə bizlərə örnək müəllim oldu ki, bu da bizim həyatımızda mayaq oldu, yol göstərdi həyat yolumuza, ömrümüzü aydınlatdı, nurlandırdı,  doğru yolu göstərdi, vətənə xidmətin şərəfini , şanını öyrətdi, hərəkətləri, rəftarı, öyüdləri və doğru, dürüstlüyü ilə hər bir kəsə örnək oldu. Ciddi olduğu qədər də səmimi, qayğıkeş idi Süleyman Ələsgərov. Xalq çalğı alətləri fakultəsinin rəhbərliyi dönəmində Səid Rüstəmov, Hacı Xanməmmədov, Dadaş Dadaşov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Oqtay Quliyev kimi adlı sanlı bəstəkarlarla yanaşı qiymətli musiqiçiləri, musiqişünasları öz əhatəsində cəm edib ciddi fəaliyyətləri ilə Konservatoriyanın hər tədbirində diqqətçəkici işləri, uğurlu xidmətlərini musiqi camiasında, hətta respublika timsalında göstərirdi. Adı gələn yerdə daha ikinci bir söhbət ola bilməzdi. Öhdəsinə götürdüyü işləri ən yüksək səviyyədə yerinə yetirirdi. 1985-ci ildə Zaqafqaziya və Orta Asya Xalqları arasında Bakıda Üzeyir Hacıbəli adına  Şərq Alətləri üzrə I beynəlxalq müsabiqəsinin təşkilatcısı Süleyman  Ələsgərov idi. Bu yüksək səviyyəli tədbirin başçısı idi Süleyman Bəy. Üzeyir Hacıbəylinin tar və f-no müşayiətli I və II fantaziyalarının notlarını çoxaldıb Türkmənistan, Özbəkistan, Qazaxıstan, Gürcüstan və ismini çəkmək istəmədiyim bədnam qonşumuzun konservatoriyasına da göndərdi. Bu müsabiqənin təşkilatçı rəhbəri kimi necə dəqiq planla işlədiyini, hər bir detaya diqqət etdiyi indi də xatirimdədir.  Sentyabrın 20-25-i arası keçirilən bu müsabiqədə Üzeyir Bəyin I fantaziyasını və Süleyman  Ələsgərovun ilk dəfə saz və F-no üçün bəsdələdiyi “Aşıqvarı” əsərini çalmaqla laureat adına layiq görüldüm. Süleyman müəllimin bu möhtəşəm əsəri I-cilik laureat dipolumunu əldə etməyimlə bərabər sonrakı illərdə mənə çox böyük uğurlar gətirdi bu rəsmi bəlgə. Elmi iş yazmağıma dəyər verən Süleyman  müəllim elmi rəhbər tapmaqda da mənim həyatımda daha bir xidmətlə unudulmaz oldu qəlbimdə. Elmi rəhbərimin kim olacağını düşünən Süleyman bəy axır ki Osman Sarıvəllinin musiqişünas oğlu, musiqi estetikası üzrə Fəlsəfə Elmləri Doktoru Babək Qurbanovu məsləhət bilmişdi. Çox sonralar Babək müəllimlə bərabər çalışdığım Gaziantep Konservatoriyasının Türk Musiqisi Dövlət Konservatoriyasındakı fəaliyyətimiz dönəmdə öyrəndim ki, “Bülbül Adına Xüsusi Təmayüllü Musiqi Məktəbində” Süleyman müəllimin ömür-gün yoldaşı Ağgül Xanım şagirlik dönəmində ona dərs demişdir. Hər dəfə bu barədə söhbət düşəndə xoş xatirələrini dilə gətirirdi Babək müəllim.

Ürəyi böyük, qəlbi dərya, amalı çox geniş idi bu dünyalar qədər Süleyman Əyyuboğlunun. Orta Asya Respublikalarının konservatoriyalarına  Dövlət İmtahan Komissiyasının Sədri kimi neçə dəfələrlə Kurmanqazi adına Gazaxıstan Dövlət Konservatoriyasına, Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasına ezam olunmuşdur. Hər getdiyi zaman isə öz əsərlərini, yeni bəstələrinin not yazılarını hədiyyə vermək üçün özü ilə götürərdi. Bu səbəblə də Orta Asyanın professional musiqiçiləri Süleyman Bəyin əsərlərini ifa etdiklərinin şahidi olduğmu da 525-ci qəzetin oxucularına çatdırmaq istərdim.

Süleyman müəllimin adı gələn yerdə hər kəs bu ada hörmətlə yanaşardılar, ülvi münasibətlərini göstərərdilər. Bu baxımdan da Özbəkistan Konservatoriyasından da 1981-ci ildə professor Əhməd Adilov, Süleyman Taxalov kimi tanınmış musiqiçilər də Üzeyir Hacıbəov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı alətləri bölümünün dövlət imtahan komissiyasına sədr olaraq dəvət alardılar. Süleyman bəy bu xidmətləri ilə Azərbaycan və Orta Asya musiqi mədəniyyətində mənəvi bir körpü olaraq yüksək dəyərdə əlaqələr yaradırdı. Bütün bunlar Süleyman Bəyin şəxsində Azərbaycan musiqisinə hörmət ve ehtiramın təcəllisi idi. “Sözsüz mahnı”ları, Tar üçün yazdığı konsertlər, hətta vokal əsərlər Orta Asya sənətkarlarının repertuarında yer almaqla zamanı gəldiyi məqamda isə ifaları ilə səsləndirilirdi.

İctimai xadim kimi bir fəaliyyət yönü də var idi Süleyman müəllimin. Vətənpərvərliyi qeyrətindən, qeyrəti vətənpərvərliyindən irəli gəlirdi. Hər iki  dəyər Süleyman Bəy Ələsgərov adında Şuşamızın, Qarabağımızın, Azərbaycan adlı Vətənimizin qürurverici insanı Süleyman Ələsgərovda qovuşmuşdu. Bütün bu dəyərli cəhətlər təbii ki onun  əmək fəaliyyətində özünü kifayət qədər, ali dərəcədə göstərərdi. Şuşada yazdığı neçə neçə əsərlərə günü tarixi, saatı ilə imza da atardı.  Qarabağ vurğunu, Şuşa Məcnunu, Azərbaycan aşiqi idi Süleyman bəy. Ürəyinə qəlbinə sığmırdı bu adlar. “Mən Süleyman səninəm, Səndə mənimsən Qarabağ” deməklə Süleyman Rüstəmin misralarında bütünləşmişdi, bütövləşmişdi, bağrıbadaş olmuşdu simvolik abidəyə dönmüşdü Süleyman Ələsgərov.

Gəncədə atam Cəmil Əkbərin ocağında müsafir olduğu zaman bir zaman Dədə Şəmşirin də bu xanəgahda olması, Səməd Vurğun yadigarı olan bu Dədə ozanımızla tanışlığına şahidlik etmişdi səs yazılarını dinlədikdən və şəkillərini gördükdən sonra. Hətta bir neçə sevdiyi şeirlərə əsər də yazacağına söz vermişdi. Fəqət ömür vəfa qılmadı. Hər iki ustadıma Rəhmət olsun.

Xəyallar aləmində çox xatirələrim dirçəldi, məni hərəkətə keçirdi ki, zaman keçir nədən bir xatirə yazısı yazmırsan Süleyman Bəy üçün. Vicdanım dedi ki indi yazaçam, xalqımızın bilmədiyi bəzi məqamlara məşəl tutacağam.

1981-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət  Konservatoriyasını fərqlənmə diplomu ilə bitirdiyim zaman Qurumumuzun rəhbəri Professor Elmira Xanım Abbasovanın məsləhəti və Süleyman Ələsgərovun rızası ilə pedaqoji fəaliyyətə başladım. 1989-cu ildə Süleyman müəllimin gözü önündə Baş müəllim, 1994-cü ildə elmi işimi müdafiə etdim. 1997-ci ildə “Ansabıl Üçün Pyeslər Məcmuəsi” adlı ilk kitabıma xeyir dua verən Süleyman Ələsgərov olmuşdur. Bu kitabımın 3-cü səhifəsində yazdığı xeyir-dua xarakterli giriş məqaləsini imzası ilə təsdiqləməyi də məsləhət bildi. Bu kitabımın yayınlanması ilə də Dosent elmi vəzifəni də almış oldum.  Hər zaman diqqəti, nəzəri mənim üzərimdə olan Süleyman Ələsgərov sənədlərdə rəsmi olaraq yaradılmış Konservatoriyanın Şuşa filialına müdirlik vəzifəsində çalışmaq məqamı təklif olunanda da məni öz yanında görmək istədi. Bu minvalla xalq çalğı alətləri kafedrasından ayrılıb Konservatoriyanın Şuşa filialında çalışmağa başladım Süleyman bəyin tövsiyəsi ilə.

Süleyman müəllim gələcəyə inamla baxan şəxsiyyət kimi bu gün də gözlərimin qarşısında heykəl siması ilə əzəmətlə şanlı-şərəflə dayanmaqdadır. Bir zaman doğulduğu ana yurduna Şuşaya gedəcəyi inamı ilə yaşayırdı. Şuşa yadelli işğalçılardan azad olunacaq və əmək fəaliyyətimizi Şuşada bərabər yürüdəcək, Şuşanın musiqi həyatında fəaliyyətimizlə xidmətimizi xalqımıza göstərəcəyik. Fəqət sən saydığını say. Fələk gör nə sayır. Bütün bunlar Süleyman Bəyin xəyalına, röyasına dönüşdü. Özü haqq dünyasına qovuşduqdan sonra. Beləcə Konservatoriyanın Şuşa filalı Süleyman Bəyin haqq dünyasına qovuşması ilə “Konservatoriyanın Şuşa Filialı” adlı qurum da rektorumuz Fərhad Bədəlbəylinin imzası ilə qapanmış oldu. 

Şükürlər olsun ki, 20 il aradan sonra da başda Qarabağımız o cümlədən Şuşam başda olmaqla ətraf rayonlarımız  qanlı-qadalı 44 günlük amansız vuruşmalardan sonra zəfər qələbəmizin təminatçıları, böyük komutanlarımızın, qazilərimizin minlərlə şəhid övladlarımızın canı, qanı bahasına zəfər qələbəmiz  əldə edilmiş oldu.  İndi isə bir məsələ qarşımızda dayanır. Adı Azərbaycan Dövlət Konservatoriyasının Şuşa filialının yenidən açılması Xalq Çalğı Alətləri kafedrasına Süleyman Eyyub Oğlu Ələsgərovun adının verilməsi. İnanıram ki, Dövlətimizin başcısı cənab İlham  Əliyevin bir qərarı ilə bu  arzum gerçəkləşəcək və Süleyman  Ələsgərovun ruhu şad olacaq bu ülvi müqəddəs xidmətlə. Çünki Şuşam olmadan Şuşa filialının müdiri idi sağlığında Sülüyman Ələsgərov.

Bir məqama da işıq gətirmək istərdim yayın aşamasında olan yeni bir kitabımı unudulmaz ağsaqqalım Süleyman  Ələsgərovun adına ərmağan etmişəm. İnşallah Martın 22-də anadan olduğu gün kitabımın adını açıqlayacağam.

Məhəbbətin ürəyimdə, əməllərin xəyalımda yaşayır, böyük ustadım Süleyman bəy.

 





25.01.2022    çap et  çap et