525.Az

FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib - Foto


 

FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib - <b style="color:red">Foto</b>

25 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.

FHN-dən 525.az-a verilən məlumata görə, komissiya sədrinin müavini fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən iclasda mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın qarşısında duran vəzifələr barədə danışılıb. İclasda, həmçinin planın hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin təklifləri səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və görüləcək tədbirlərin konkret istiqamətləri müəyyən olunub.

 

 





25.01.2022    çap et  çap et