525.Az

Londonda Azərbaycan rejissoru Hilal Baydarovun filminin premyerası olacaq


 

Londonda Azərbaycan rejissoru Hilal Baydarovun filminin premyerası olacaq <b style="color:red"></b>

Yanvarın 29-da Londonda Azərbaycan rejissoru Hilal Baydarovun "Xurma yetişəndə" filminin premyerası olacaq.

525.az xəbər verir ki, filmdə baş rolları Hilal Baydarov, Məryəm Nağıyeva, Vüsal Baydarov və başqaları ifa ediblər. Hilal Baydarov 1987-ci ildə Bakıda anadan olub. İki dəfə məktəblilərin riyaziyyat fənni üzrə respublika olimpiadalarının qalibi seçilib. 2011-ci ildə Tailandda informatika üzrə keçirilən olimpiadada milli komandaya rəhbərlik edib. Sarayevoda Bela Tarrın rejissorluq kursunu bitirib. Monreal Film Festivalında rejissorun debüt işi olan "Adsız təpələr"in (2018) premyerası olub. Həmin il Sarayevo Film Festivalında "Ad günü" sənədli filminə görə mükafat alıb.  Rejissorun "Xurma yetişəndə" (2019) adlı üçüncü ekran əsəri "Visions du Rəel" Beynəlxalq Film Festivalından iki mükafat və Sarayevo Film Festivalından ən yaxşı sənədli film mükafatı alıb, növbəti işi, "Ana və oğul" (2019) isə Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalı (IDFA) müsabiqəsinə daxil olub.
 

 





25.01.2022    çap et  çap et