525.Az

YARAT Müasir İncəsənət Məktəbinin birillik kurslarına qeydiyyat davam edir


 

YARAT Müasir İncəsənət Məktəbinin birillik kurslarına qeydiyyat davam edir <b style="color:red"></b>

YARAT Müasir İncəsənət Məkanı "YARAT Təhsil" proqramı çərçivəsində, Əməkdar rəssam, kurator Sabina Şıxlinskaya ilə birgə Azərbaycanda ilk Müasir İncəsənət Məktəbini elan edir.

YARAT-dan 525.az-a bildirilib ki, məktəbin açılışı qurumun yaradılmasının 10 illiyinə həsr olunur. Birillik kursun yekununda, müasir incəsənətin "Rəssamlıq", "Kuratorluq", "Art-menecer", "Art-tənqidçi" və "Tədqiqatçı" sahələri üzrə mütəxəssislərə sertifikatlar veriləcək.

Layihə həm nəzəri (mühazirələr, müzakirələr, muzey və qalereyalara səfərlər), həm də praktiki hissələrdən (kurs işləri, yekun layihələr, yekun sərgi) ibarətdir. İncəsənət məktəbinin birinci mərhələsi 6 aylıq intensiv nəzəri proqramı nəzərdə tutur. Proqram çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən, müasir incəsənətin fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq, heykəltaraşlıq, kollaj, animasiya və s. kimi janrları üzrə məruzələr keçiriləcək. Həmçinin, bir sıra qalereya, muzey və incəsənət məkanlarında görüşlər və müzakirələr keçiriləcək və bununla da kursun nəzəri aspekti tamamlanacaq. Nəzəri kurs başa çatdıqdan sonra yekun sərgiyə hazırlıq işləri keçiriləcək. Bu mərhələyə sərginin ideya və konsepsiyalarının təqdimatı, tədqiqatların aparılması, müxtəlif materiallar, forma və texnika ilə iş, istehsal prosesi, büdcənin hazırlanması, quraşdırılma, yekun sərginin açılışı daxildir. İllik kurs isə sərgi çərçivəsində xüsusi təhsil və sosial proqramların həyata keçirilməsi ilə yekunlaşacaq.
Dərslər həftədə 3 dəfə, əsasən, axşam saatlarında keçiriləcək. Abituriyentlərin məktəbə qəbulu müsabiqə əsasında aparılacaq.
 

 





26.01.2022    çap et  çap et