525.Az

Azərbaycanda daha bir general təqaüdə göndərilib


 

Azərbaycanda daha bir general təqaüdə göndərilib<b style="color:red"></b>

Azərbaycanda daha bir general təqaüdə göndərilib.

525.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan Dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilmişdi.

Xatırladaq ki, ilk xəbəri Oxu.az saytı yayıb.

 





26.01.2022    çap et  çap et