525.Az

Yeni ilin ilk "Ulduz"u parladı


 

Yeni ilin ilk "Ulduz"u parladı<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı "Ulduz" jurnalının 2022-ci ildə ilk buraxılışı işıq üzü görüb. 

Dərgi Səlim Babullaoğlunun "Poetik təqvimdən Yanvar: Qarın şərhi" yazısıyla açılır. Davamında Orxan Cuvarlının "Özüylə söhbəti" və "Qısa fikirlər xəzinəsi"ndə Məhəmməd Əmin Rəsulzadənin hikmətli fikirlərini oxuya biləcəksiniz. 

Şeir vaxtı rubrikasında Gülnar Ümid, Bəsti Məmməd, Aysel Nəsirzadə, Ülkər Nicatlı, İltimas Səmimi, Əbülfət Mədətoğlunun şeirləri yer alıb.

"Yazı masası" rubrikasında Taleh Mansur "Ədalətli "Ulduz" yazısında jurnalın bədii redaktoru, 85 yaşlı qrafik rəssam Ədalət Həsənlə söhbətləşir. "Nəsr"də Günel Hacıyeva, Çinarə Ömray, Zəka Vilayətoğlunun bir-birindən maraqlı hekayələri oxucuların görüşünə gəlib. 

"Ulduz"la "525-ci qəzet"in birgə layihəsi olan "Ustad" dərsləri"ndə Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli V tədrisində personajlardan danışır. 

"Müsahib" rubrikasında Şəfa Vəlinin həmsöhbəti Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəylidir. 

Həmçinin, oxucular bu sayda Eminqueyin yeni essesini, Firuz Mustafanın kino-hekayəsini, Pərvanə Məmmədli, Leyla Abbasova və Xuraman Hüseynzadənin məqalələrini, eləcə də Türk elindən Cahid Günayın şeirlərini oxuya biləcəklər.

Ənənəvi "Dərgidə kitab" layihəsində bu dəfə Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" əsəri yer alıb. 

"Sərgi" rubrikasında Ədalət Həsənin bir-birindən gözəl rəsmləri ruhunuzu oxşayacaq. 

El ROMAN

 





26.01.2022    çap et  çap et