Ötən il respublika ərazisində 15247 təbii və texnogen mənşəli hadisə baş verib.
525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) illik hesabatında qeyd olunub.
Bildirilib ki, bu, 2020-ci il ilə müqayisədə 467 hadisə və ya 3% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub, 206 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 51 nəfər xilas edilib, 821 nəfər təxliyə olunub.