525.Az

Təbii və texnogen mənşəli hadisələrdə həlak olanların sayı açıqlanıb


 

Təbii və texnogen mənşəli hadisələrdə həlak olanların sayı açıqlanıb<b style="color:red"></b>

Ötən il respublika ərazisində 15247 təbii və texnogen mənşəli hadisə baş verib.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) illik hesabatında qeyd olunub.

Bildirilib ki, bu, 2020-ci il ilə müqayisədə 467 hadisə və ya 3% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub, 206 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 51 nəfər xilas edilib, 821 nəfər təxliyə olunub.

 





26.01.2022    çap et  çap et